Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilər “Elektron hökumət” portalı vasitəsilə onlayn növbə tutacaqlar



 
 
"ASAN xidmət" mərkəzi  "Elektron hökumət" portalı vasitəsilə  "Onlayn növbə" adlı elektron xidmətini təqdim edib. 
 
Bu xidmətdən istifadə etməklə vətəndaşlar əlavə vaxt  itkisinə yol vermədən "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən istifadə məqsədilə onlayn növbə tuta biləcəklər.
 
Onlayn növbə tutmaq üçün hər bir şəxs portalda tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, xidmətin seçilməsi, "ASAN xidmət" mərkəzinin seçilməsi, növbə tarixinin və vaxtının seçilməsi)  xidmətdən rahat yararlana bilər.
 
Həqiqət İSABALAYEVA




27/08/13    Çap et