Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərə sosial şəbəkələrdə səhifələri sadə üsulla silmək təklif olunur



Şəbəkədə internet istifadəçilərinə bu və ya digər saytda akkauntu ləğv etməyi, yaxud sosial şəbəkələrdəki səhifəni birdəfəlik silməyi təklif edən “Justdelete.me” adlı yeni servis yaradılıb.

Böyük Britaniyanın iki tərtibatçısı tərəfindən hazırlanan sayt 120-dən çox sayt və sosial şəbəkə ilə işləyir. “Justdelete.me” səhifənin silinmə prosesinin mürəkkəbliyindən asılı olaraq hər resursu yaşıl, sarı, qırmızı və ya qara rənglə qeyd edir.  

Yaşıl rənglə silinmə prosesi ən sadə olan saytlar, sarı rənglə silinmə üçün əlavə işin tələb olunduğu saytlar göstərilir. Qırmızı rəng səhifənin silinməsi üçün dəstək xidmətinə müraciət etməyin lazım olduğu resursları bildirir. Qara rəng resursda akkauntun silinməsinin, prinsipcə, qeyri-mümkün olmasını nəzərdə tutur.  

“Justdelete.me” qara rənglə “Wikipedia”, “Wordpress”, “Craiglist” və “Evernote” kimi saytları qeyd edib, - “Lenta www.lenta.ru” yazır.




27/08/13    Çap et