Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”: “Xüsusi xidmət orqanları 38 min istifadəçi haqqında məlumat istəyib”



ABŞ-ın "Facebook" sosial şəbəkəsi ilk dəfə olaraq müxtəlif ölkələrin hüquq-mühafizə orqanları tərəfindən istifadəçi məlumatları haqqında verilən sorğuların sayını açıqlayıb.

Şirkət rəsmi bloqunda bildirib ki, 2013-cü ilin ilk altı ayı ərzində sosial şəbəkə 74 ölkənin hakimiyyət orqanlarından 38 min istifadəçiyə dair 26 min belə sorğu alıb. ABŞ hüquq-mühafizə orqanları sorğuların sayına görə lider olub.

Onlardan 20-21 min istifadəçi haqqında 11-12 min sorğu daxil olub ki, bunun da 79 faizi təmin edilib. İkinci yerdə Hindistan (3,2 min sorğu), üçüncüdə Böyük Britaniya (1,9 min) qərarlaşıb. 

"Sorğuların əksəriyyəti soyğunçuluq və insan oğurluğu kimi cinayət hallarının təhqiqatı ilə bağlıdır. Hökumət orqanları adətən istifadəçilər haqqında baza informasiyası, o cümlədən ad və istifadə vaxtı ilə maraqlanır.

Bundan başqa, bir sıra hallarda hakimiyyətlər istifadəçilərin İP-ünvanlarını və akkauntların məzmunlarını soruşur", - məlumatda deyilir, - "İTAR-TASS www.itar-tass.com" yazır.  




28/08/13    Çap et