Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə intim saytların sayına görə hansı ölkə liderdir?


Kaliforniyanın “MetaCert” şirkəti 2011-ci ilin sonundan etibarən davam edən tədqiqatının nəticələrini açıqlayıb. Bu tədqiqatın məqsədi pornosaytların sayına görə dünya liderlərini müəyyən etmək olub.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, birinci yerdə ABŞ qərarlaşıb: bu müddət ərzində pornoqrafik tərkibli təxminən 428 milyon sayt qeydə alınıb. İkinci yerdə Hollandiya yer alıb: onun ərazisində pornoqrafik məzmunlu 187 milyon sayt fəaliyyət göstərir. Böyük Britaniya isə üçüncü olub.
Saytların sayı skriptlərin köməkliyi ilə təyin edilib.

Emil Hüseynov
 
 




28/08/13    Çap et