Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvanda veb-saytların idarə edilməsinə dair tədris kursu keçirilib


Elektron xidmətlərin göstərilməsi üçün dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən avqustun 22-dən 27-dək Naxçıvan Regional Peşə Tədris Mərkəzində  beşgünlük veb-saytların idarə edilməsi üçün tədris kursu keçirilib.

Dövlət qulluqçularının iştirak etdiyi tədris kursunda onlara veb-saytlar haqqında məlumatlar, saytların idarəetmə panelindən istifadə qaydaları, admin panelin parametrlərinin tənzimlənməsi qaydaları, menyuların, bölmələrin yaradılması, məlumatların sayta yerləşdirilməsi və ləğv edilməsi haqqında məlumatlar nəzəri və praktiki olaraq tədris olunub.

Sonda kursda iştirak edən dövlət qulluqçularının bilik səviyyələri yoxlanılıb, proqramı uğurla mənimsəyən iştirakçılara nazirlik tərəfindən sertifikat verilib.

Aynur Vəliyeva
 
 




28/08/13    Çap et