Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni ədəbi portal fəaliyyətə başlayacaq



Yaxın zamanlarda Azərbaycan Yazıçılar Birliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan yeni ədəbi portal fəaliyyətə başlayacaq.

Şərti olaraq “ www.dialit.az ” adlanacaq yeni portalın məqsədi Azərbaycanın xaricdə yaşayan ədəbi, mədəni elm və ictimai xadimlərini bir araya gətirmək, onları vətənlərində daha yaxından tanıtmaq, Azərbaycan və xaricdəki diaspora cəmiyyətləri ilə əlaqələri yaxşılaşdırmaqdır.

Rəsmi status daşıyacaq portalın ideya müəllifi və baş redaktoru, AYB-nin şöbə müdiri Sayman Aruzdur. Elektron dərgi formatında olacaq “dialit.az” bir sıra mövzular istiqamətində ayrı-ayrı bölmələrə ayrılacaq.

RƏVAN




30/08/13    Çap et