Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"ChargeCard" adlı cib enerjidoldurma qurğusu təqdim edilib



Akkumulyator batareyasının enerji çatışmazlığı smartfon və planşetlər üçün həmişə problemdir. Müasir cihazların əksəriyyəti çıxarılmayan akkumulyatorlarla təchiz edilib və bu, problem yaradır, çünki enerjidoldurma qurğusunu özünlə daşımaq heç də rahat deyil.

“ICTnews.az” elektron xəbər xidməti “gizmonews.ru” saytına istinadən bildirir ki, "ChargeCard" təxminən kredit kartı qalınlığında enerjidoldurma qurğusudur və noutbuka qoşulması üçün USB konnektora malikdir. "ChargeCard" vasitəsilə mobil telefonu avtomobil elektrik şəbəkəsi və ya noutbuk vasitəsilə enerji ilə doldurmaq olar.

Sözügedən enerjidoldurma qurğusu pul kisəsində belə yerləşə bilər. Qurğunun qiyməti 25 dollardır.

Emil Hüseynov




31/08/13    Çap et