Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün interaktiv təlim kursu təşkil ediləcək


Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursu təşkil ediləcək. “Smart Technologies” şirkəti tərəfindən keçiriləcək təlim kursuna hazırda qeydiyyat davam edir.
 
Şirkətdən bildirilib ki, təlim kursunda iştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün müraciətlərini (əlaqə telefon nömrələrini, məktəb və tədris etdiyi fənni qeyd etməklə) “info@mimio.az” ünvanına göndərə bilərlər.
 
Qeyd edək ki, şirkət yalnız sözügedən təlim kursunun təşkili ilə kifayətlənmir. Təhsil sahəsində çalışanlar üçün müxtəlif təlim layihələrini reallaşdıran “Smart Technologies” innovativ tədris vəsaitlərinin hazırlanmasını da həyata keçirir.
 
Şirkət tərəfindən hazırlanan belə vəsaitlərdən biri də “İnteraktiv Əlifba”dır: “Bu interaktiv vəsait bir neçə mövcud olan dərsliklər əsasında hazırlanıb. Bununla bərabər, şirkətimiz tərəfindən hazırlanmış tapşırıqlar da əlavə olunub. Ümid edirik ki, bizim ibtidai sinif müəllimləri və şagirdlərimiz üçün maraqlı və yararlı vəsait olacaq”.
 
Həqiqət İSABALAYEVA




02/09/13    Çap et