Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” ilk tədris gününün şərəfinə loqosunu dəyişdirib


Son zamanlar "Google" şirkətinin dizaynerləri dünyanın ən böyük axtarış sisteminin əsas səhifəsində tez-tez "bayram" loqoları yerləşdirməyə başlayıblar.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, bu gün, yeni tədris ilinin ilk günü şərəfinə saytın əsas səhifəsində rəngbərəng hərflərlə yazılmış "Google" sözünün əvəzinə müvafiq foto yerləşdirilib.

Qeyd edək ki, "Google" şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.

Emil Hüseynov
 
 
 
 
 




02/09/13    Çap et