Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sistemi gözlənilməz sıçrayış edib


Masaüstü və mobil proqram platformalarının, həmçinin brauzerlərin populyarlığını izləyən "Net Applications" statistika xidmətinin məlumatlarına əsasən, "Windows 8" əməliyyat sisteminin (ƏS) bazar payı artmağa davam edir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin avqust ayına olan məlumata əsasən, "Windows 8" ƏS-nin qlobal veb-trafikdə bazar payı 7,4% təşkil edir. Ötən ayla müqayisədə yaxşı sıçrayış qeydə alınıb.

Bu ilin avqustunda "Windows XP" ƏS-nin bazar payı 37.2%-dən 33,7%-dək azalıb. 45,6% göstəriciyə malik "Windows 7" ƏS liderdir.

Adi istifadəçilər artıq "Microsoft"un rəsmi saytından "Windows 8.1" ƏS-nin ilkin versiyasını yükləyə bilərlər. İyulda sözügedən sistemin qlobal bazarda payı 0,02% olub, avqustda onun payı 0.24%-dək artıb. "Windows 8.1" ƏS-nin yekun versiyası oktyabrın 18-nə nəzərdə tutulub.

Emil Hüseynov
 




02/09/13    Çap et