Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android 4.4” “KitKat” şokoladının şərəfinə adlandırılıb


"Google"-dan verilən məlumata əsasən, "Android" mobil əməliyyat sisteminin gələcək versiyası 4.4 olacaq və "KitKat" adlanacaq.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Google"un Kaliforniyada yerləşən kampusunda eyni adlı şokolad formasında hazırlanmış nəhəng "robot-android" quraşdırılıb.

Xatırladaq ki, "Google" şirkəti "Android" mobil əməliyyat sisteminin versiyalarını sözügedən platformanın yaranması anından hər hansı bir desertin adı ilə adlandırır: "Cupcake", "Donut", "Éclair", "Froyo", "Gingerbread", "Honeycomb", "Ice Cream Sandwich" və "Jelly Bean". "Bu dəfə "Android" platformasının versiyasını sevimli şokoladımız "KitKat"ın şərəfinə adlandırmağa qərar verdik" – bloqda "Google"un vitse-prezidenti Sundar Piçay yazıb.

Qeyd edək ki, "KitKat" "Nestle" şirkətinin ticarət markasıdır.

Emil Hüseynov




04/09/13    Çap et