Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən populyar brauzerlərin üçlüyü


"ComputerWorld" müşahidəçilərinin "Net Applications" statistik xidmətinə istinadən verdiyi məlumata əsasən, 2013-cü ilin avqustunda mobil qurğu istifadəçiləri tərəfindən yaradılan internet trafikinin həcmi artıb.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, onun hesablamalarına görə, mobil trafikin payı 13,4% olub ki, bu da son altı ay ərzində ən yüksək göstəricidir. Fərdi kompüter sahibləri internet trafikin 85,8%-ni yaradıblar.

"Ümumdünya Hörümçək Toru"nda smartfon və planşet sahiblərinin aktivliyi sayəsində "Google" FK və mobil qurğular üçün populyar brauzerlərin reytinqində "Mozilla"nı ötməyə müvəffəq olub.

"Internet Explorer" (IE) fərdi kompüter və mobil cihazlar üçün brauzer bazarında lider olaraq qalır. Avqustda onun payı 49,6%, masaüstü sektorda isə 57,6% təşkil edib. Ekspertlər deyiblər ki, smartfon və planşet sahibləri "IE" proqramından, demək olar ki, istifadə etmirlər.

FK və mobil telefon istifadəçiləri tərəfindən yaradılan trafikin 12,2%-i "alma" brauzerlərinin payına düşür.
"Opera Software" masaüstü FK üçün brauzer seqmentində kiçik paya sahibdir.

Emil Hüseynov




04/09/13    Çap et