Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Qualcomm”, həmçinin “ağıllı” saatlar istehsal edəcək


“Qualcomm” ilin sonunda “Toq” adlı “ağıllı” saatlar istehsal etməyi planlaşdırır.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, smartfon və planşetlər üçün prosessor bazarında lider mövqedə qərarlaşmış “Qualcomm” şirkəti öz “Toq” adlı “ağıllı” saatını təqdim edib. Sözügedən qurğu smartfon üçün qarnitur rolunda çıxış edir. “Toq” cihazı vasitəsilə zəng və mesajları qəbul etmək, musiqi dinləmək, bildiriş yaratmaq olar.

“Ağıllı” saat simsiz enerji toplayır və musiqi “Bluetooth” modulunun  köməkliyi ilə işləyir.

Şirkət hələ ki qurğunun qiymətini açıqlamayıb. Bundan başqa, şirkətdən bildirilib ki, qurğu məhdud sayda istehsal ediləcək.

Emil Hüseynov
 




05/09/13    Çap et