Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Berlində ümumdünya istehlak və elektronika texnikası sərgisi başlayır


Cümə günü Almaniyanın paytaxtı Berlin şəhərində “IFA-2013” 53-cü Ümumdünya istehlak və elektronika texnikası sərgisinin rəsmi açılışı olacaq.     
 
Sahə üzrə Avropada keçirilən sərgilər arasında ən iri tədbirlərdən biri hesab olunan “IFA” dünyanın aparıcı istehsalçılarının diqqətini cəlb etməkdə davam edir. Sərgi çərçivəsində elektronika texnikası sahəsinin “Samsung”, “LG”, “Toshiba” və “Sony” kimi nəhəng istehsalçılarının bir sıra texnoloji yeniliklərinin nümayişi gözlənilir. Ümumilikdə sərgidə dünyanın 1400-dən çox şirkətinin məhsulları və təklifləri nümayiş etdiriləcək.
 
Ziyarətçilər sərgidə intellektual elektronika sahəsinin texnoloji yenilikləri ilə tanış olmaq imkanı əldə edəcəklər.  
 
Müxtəlif ixtisaslaşmış sahələr üzrə rəngarəng konfrans, seminar və mühazirələrlə zəngin olacaq “IFA-2013”-də informasiya texnologiyaları sahəsinin bir sıra liderlərinin çıxış edəcəyi nəzərdə tutulur.  
 




06/09/13    Çap et