Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” “ExpressBank”ın kredit ödənişlərini qəbul edəcək



Azərbaycanın milli poçt operatoru “Azərpoçt” yaxın zamanda daha bir bankın kredit ödənişlərinin qəbuluna başlayacaq.
 
“Azərpoçt”un maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədovun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda poçt operatoru bir sıra yerli banklarla danışıqlar aparır.
 
“Avqustun sonunda biz “ExpressBank”la əməkdaşlıq haqda müqavilə imzalamışıq. Müqavilənin şərtlərinə əsasən, artıq bankın ayırdığı kreditlər üzrə ödənişlərin qəbulu “Azərpoçt”un şöbə və filiallarında təşkil olunacaq”, - deyə o bildirib.
 
Y. Əhmədovun sözlərinə əsasən, yaxın zamanda artıq “Azərpoçt” “ExpressBank”n kreditləri üzrə ödənişlərin qəbuluna başlayacaq.
 
Xatırladaq ki, “Azərpoçt” hazırda eyni zamanda “UnuBank” və “YapıKrediBank”ın ayırdığı kreditlər üzrə ödənişləri qəbul edir.
 
Aynur Vəliyeva





06/09/13    Çap et