Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Proqramlaşdırma ilə məşğul olmaq istəyənlər üçün yeni kurslar təşkil olunur



Proqramlaşdırma ilə məşğul olmaq istəyənlər üçün yeni kurslar təşkil olunur. Qafqaz Universitetində keçiriləcək "Java" proqramlaşdırma dili kurslarına artıq qeydiyyat  başlayıb.
 
Universitetdən bildirilib ki, iştirakçılar kurslarda "Language Components", "Object-Oriented Programming", "Methods", "Arrays", "Encapsulation", "Inheritance & Polymorphism", "Abstract Classes and Interfaces", "Exceptions", "Input and Output in Java", "Threads", "Collections", "Networking" üzrə biliklərə yiyələnəcəklər.
 
Təlimçi Anar Rüstəmov tərəfindən aparılacaq kurslar oktyabrın 15-də başlayacaq. Kurslara yazılmaq üçün son qeydiyyat tarixi isə 10 oktyabrdır.


Həqiqət İSABALAYEVA




13/09/13    Çap et