Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bakcell” şirkəti diler şəbəkəsini genişləndirib



Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti Bakı və ölkənin bütün regionlarını əhatə edən Müştəri Xidmətləri və diler mağazaları şəbəkəsini genişləndirməyə davam edir.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, xidmət keyfiyyətini mükəmməlləşdirmək məqsədi iə “Bakcell” diler mağazaları şəbəkəsinə Daşkəsən şəhərində yenicə fəaliyyətə başlayan diler mağazasını əlavə edib.
 
Qeyd edək ki, sözügedən mağaza Daşkəsəndə “Bakcell”in ilk diler mağazasıdır və “Bakcell”in “bütün məhsullarını təklif edir. Mağaza həm satış məntəqəsi, həm də xidmət mərkəzi kimi xidmət göstərir.

Aynur Vəliyeva
 




13/09/13    Çap et