Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən böyük yaddaş kartı istehsal ediləcək



 
“SanDisk” şirkəti dünyada tutumu 256 QB olan ilk “CompactFlash” formatlı yaddaş kartı təqdim edib. Yeni hazırlama “UltraHD” və ya “4K” formatında videolar çəkən videokameralar üçün nəzərdə tutulub.
 
 
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,  sözügedən yaddaş kartının qiyməti təxminən 2000 dollar olacaq.
 
 
Bundan başqa, kartın korpusu RTV (Room-Temperature Vulcanization) texnologiyası üzrə işlənib hazırlanıb ki, bu da -35-dən +85-dək temperaturda çipin sabit işinə zəmanət verir.
 
 
Emil Hüseynov
 
 




13/09/13    Çap et