Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Twitter foto xidmət istifadəyə verir


Twitter mikrobloqlar xidməti şəxsi foto xidmət sistemini istifadəyə verir. Photobucket resursu ilə birgə işlənilməsi nəzərdə tutulan foto xidmətdən istifadə "yaxın həftələr" ərzində mümkün olacaq. Sistem şəkilləri bilavasitə Twitter.com saytından dərc etməyə icazə verəcək, Photobucket isə hostinq rolunda çıxış edəcək.
Bundan başqa, Twitter-də axtarış vasitələrini də təkmilləşdirir. İndi mikrobluq xidməti təkcə münasib nəticələri deyil, həm təsvir, şəkil və videomaterialları da əks etdirir. Artıq yeni axtarış alətlərinin də istifadəsi mümkündür.
Yeni təqdim edilən “follow” düyməsi ilə istifadəçilər "Tvitter"də uyğun olan resursun mikrobloquna abunə ola bilərlər.










02/06/11    Çap et