Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 7” ƏS-in genişləndirilmiş dəstəyi 2020-ci ilədək davam edəcək


“Microsoft” şirkəti bu yaxınlarda populyar  “Windows 7” əməliyyat sisteminin dəstəklənəcəyi tarixi rəsmən açıqlayıb. Elan edilib ki, sözügedən ƏS-in dəstəklənməsi planlaşdırıldığı kimi 2015-ci ildə bitəcək, lakin genişləndirilmiş dəstək 2020-ci ilədək davam edəcək.
 
Bununla belə, artıq bu il oktyabrın 26-dan mağazalardan əvvəlcədən “Windows 7” ƏS quraşdırılmış kompüter və noutbuklar çıxarılacaq.
 
“ICTnews.az” elektron xəbər xidməti “www.pitbit.ru” saytına istinadən bildirir ki, məhz bu gündən etibarən yalnız  “Windows 8” ƏS quraşdırılmış və ya yenilənmiş “Windows 8.1” ilə olan qurğuların satışına icazə veriləcək.
 
Emil Hüseynov




16/09/13    Çap et