Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İlhamla İrəli” saytı fəaliyyətə başlayıb



Bu gündən etibarən artıq Yeni Azərbaycan Partiyasının (YAP) saytında (www.yap.org.az) "İlhamla İrəli" 9 oktyabr 2013-cü il Prezident seçkiləri ilə əlaqədar bütün məlumatların yer aldığı  (www.ilhamlaireli.com) saytı fəaliyyətdədir.
 
Saytda "Bioqrafiya", "Fotoalbom", "Biz nələri etdik", "Biz nələri etmək istəyirik" kimi bölmələr mövcuddur. Burada Prezident İlham Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın bölgələrinə və xarici ölkələrə səfərləri və s. barəsində geniş məlumatlar dərc olunub.
 
 Eləcə də burada, həmin görüşləri vizuallığını əks etdirən video və fotolar yerləşdirilib.
 
Kamal Hacıyev




16/09/13    Çap et