Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qəzəbli azarkeşlər “Mançester Yunayted”in prezidentinin “Vikipediya” səhifəsini dəyişdirdilər


Qəzəbli azarkeşlər “Mançester Yunayted” klubunun yay transfer pəncərəsindəki uğursuzluğun ardınca idarə heyətinin rəhbəri Ed Vudvardın “Vikipediya” səhifəsini hədəfə alıblar.  “http://viki.agta.az/” saytının yazdığına görə, Premyer Liqa çempionları Evertonun mərkəz oyunçusu Marouani Fellaini ilə müqavilə bağlamaqla yay pəncərəsinin əsas transferini ediblər.
 
Yay transfer pəncərəsi zamanı “Barselona”nın ulduzu C.Fabrekası, “Everton”un müdafiəçisi L.Beyns, Atletik Bilbaolu A.Herrera və “Real Madrid”li F.Koentraonun transferi üçün edilmiş uğursuz cəhdlərdən sonra Fellainin transferi 27 milyon avroya başa gəlib. Bu uğursuzluqlara cavab olaraq, Ed Vudvardın “Vikipediya” səhifəsində azarkeşlər tərəfindən dəyişikliklər edilməklə, onun ünvanına “ topal” , “ bacarıqsız” kimi ifadələr səsləndirilmişdi.
 
 Mənbənin məlumatına görə, “Twitter” sosial şəbəkəsində də ağır tənqidlərə tuş gələn biznesmenin “Vikipediya” səhifəsində edilmiş dəyişikliklər artıq aradan qaldırılıb.
 
 
Həqiqət İSABALAYEVA




17/09/13    Çap et