Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR üzrə informasiya və rabitə xidmətlərinin həcmi 18,2 faiz artıb


Yanvar-iyun aylarının yekunlarına görə, Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin həcmi 20 milyon manatı ötüb. Bu, ötən ilin analoji göstəricisi ilə müqayisədə 18,2 faiz çoxdur (2010-cu ildə xidmətlərin həcmi 17 milyon manatdan çox olub). Bu barədə NMR-in Bakıdakı nümayəndəliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.
Məlumata əsasən, göstərilən xidmətlərin ümumi həcmindən 86,5 faiz (pul vahidində 17,3 milyon manatdan çox) qeyri-dövlət rabitə müəssisələrinin payına düşüb. Qeyri-dövlət müəssisələrinin göstərdiyi rabitə xidmətlərinin həcmi ötən ilin analoji göstəricisi ilə müqayisədə 19,9 faiz artıb.
Altı ayın yekunlarına görə, Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müəssisələri tərəfindən 2 milyon 593,8 min manat məbləğində xidmət göstərilib. Bu, 2010-cu ilin göstəricisi ilə müqayisədə 7,9 faiz çoxdur. Muxtar Respublikanın ümumi istifadəli telefon şəbəkəsi üzrə nömrə tutumu yanvar-iyunun yekunlarına görə 1073 ədəd artıb. Statistikaya əsasən, hazırda Muxtar Respublikada hər 100 ailənin 65 ev telefonu var.




10/08/11    Çap et