Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” “Facebook” ilə əməkdaşlığa söz verib


“Skype” internet-telefoniya xidməti “Microsoft” məhsulları ilə inteqrasiyaya, həmçinin “Facebook” sosial şəbəkəsi ilə əməkdaşlıq etmək niyyətindədir. Bu barədə şirkətin baş vitse -prezidenti Stivens Neyl bildirib. Onun sözlərinə görə, şirkət hələ “Microsoft” həlləri ilə genişmiqyaslı inteqrasiya nəzərdə tutmur. Məlumat üçün qeyd edək ki, cari ilin iyun ayında “Microsoft” korporasiyası 8,5 milyard dollara “Skype” xidmətini aldığını elan edib. İndi “Skype”-dan bildiriblər ki, Avropa antiinhisarçılarından icazə bu ilin sonuna kimi alınmalıdır.


cybersecurity.ru




10/08/11    Çap et