Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sisteminin qiyməti açıqlanıb


"Microsoft" korporasiyası oktyabrın 18-də təqdim ediləcək "Windows 8.1" əməliyyat sisteminin (ƏS) qiymətini açıqlayıb. Standart versiyanın qiyməti 120 dollar təşkil edəcək və biznes üçün əlavə imkanlara malik  "Pro" versiya üçün daha 80 dollar ödəmək lazım gələcək.

"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, yeni ƏS-ni həm internet üzərindən köçürmək, həm də dükandan almaq mümkün olacaq. Kompüterlərinə "Windows 8" əməliyyat sistemi quraşdırılmış istifadəçilər ƏS-ni ödənişsiz "8.1"-dək yeniləyə biləcəklər.

Emil Hüseynov




18/09/13    Çap et