Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda “Nokia Lumia 625” smartfonunun təqdimatı keçirilib



"Mobitel" şirkətinin Bakıda yerləşən "Evo Store" mağazasında "Nokia" şirkətinin yeni məhsulu olan "Nokia Lumia 625" smartfonunun alıcılar üçün təqdimatı keçirilib.

Tədbir zamanı iştirakçılara yeni smartfonun göstəriciləri və imkanları barədə ətraflı məlumat verilib.
Təqdimat mərasimində maraqlı müsabiqə də keçirilib və qalibə "Nokia Lumia 625" smartfonunu hədiyyə edilib.

Kamal Hacıyev





19/09/13    Çap et