Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ABBYY” şirkəti “PDF” redaktorunu yeniləyib


“ABBYY” şirkəti “PDF” sənədlərlə işləmək üçün nəzərdə tutulmuş “PDF Transformer” proqramının yeni versiyasını (PDF Transformer+) təqdim edib.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, əvvəlki versiyalardan fərqli olaraq, “PDF Transformer+” səhvləri düzəltməyə, mətni redaktə etməyə və şəkilləri “PDF” sənədə yerləşdirməyə, həmçinin şəkillərdən “PDF” sənəd yaratmağa imkan verir.

Proqrama quraşdırılmış optik "tanıyıcı" skan edilmiş sənədləri mətnə çevirəcək. Proqram “PDF” faylı “Word”, “Excel”, “PowerPoint”, “HTML” və başqa formatlara çevirə bilir.

Qeyd edək ki, “PDF Transformer+” yalnız “Windows” əməliyyat sistemində işləyir.

Emil Hüseynov




26/09/13    Çap et