Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha bir ATS-in abunəçiləri “AzStarNet”in xidmətlərindən istifadə edə bilərlər



“AzStarNet”  şəbəkə operatoru və internet provayderi əhatə dairəsini genişləndirib. Şirkətin yaydığı məlumata görə, Sahil qəsəbəsində yerləşən ATS-446-da ADSL avadanlığı quraşdırılıb. Bununla da artıq adıçəkilən ATS-in abunəçiləri şirkətin təqdim etdiyi ADSL xidmətindən və bütün kampaniyalardan yararlana bilərlər.
 
Qeyd edək ki, bu gün qabaqcıl şəbəkə operatorlarından və internet provayderlərindən biri olan “AzStarNet” şirkəti  ölkənin informasiya texnologiyaları bazarında 2002-ci ildən fəaliyyət göstərir. Kompaniya özünün yüksəksürətli şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisində genişləndirərək, “sonuncu mil” problemlərini həll etməkdə davam edir.
 
CAHANGİR




27/09/13    Çap et