Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows Phone 7”-ni “Motorola” xilas edə bilər


“Microsoft” şirkətinin analitikləri “Windows Phone 7” əməliyyat sisteminin bazar payının azalmasını qeyd ediblər. Artıq, “Windows” əvvəlki kimi heç cürə məşhurluq əldə edə bilmir. Proqram nəhəngi tezliklə “WP7”-smartfonların istehsalına başlayacaq “Nokia” şirkətinə böyük ümidlər bağlayır. Lakin “Windows Phone 7”-ni xilas edə bilən daha bir şirkət kimi “Motorola”nın adı çəkilir.
“Motorola Mobility”-nin baş direktoru Sancay Ca bildirib ki, “Motorola”nın əsas şirkətindən bir az əvvəl ayrılmış bölməsi kommunikatorların “Windows Phone 7” əməliyyat sistemində istehsalı imkanını nəzərdə tutub. Şirkətin “Droid” seriyalı çox uğurlu kommunikator və ölkədə kifayət qədər məşhur “Xoom” planşet kompyuteri hazırladığını nəzərə alsaq, “Microsoft” ”Motorola”nın yeni əməliyyat sisteminin irəliləyişinə dəstək göstərəcəyinə ümid etməkdə haqlıdır.


infox.ru




11/08/11    Çap et