Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən çox kiberhücuma məruz qalan ölkə


2010-cu il ərzində Çinə təxminən 500 milyon kiberhücum edilib. Bu barədə Fövqəladə vəziyyətlər koordinasiyasının Milli kompyuter mərkəzi məlumat verib. Şöbənin məlumatına görə, Çin Xalq Respublikasına (ÇXR) kiberhücumlar daha çox ABŞ (14.7%) və Hindistan (8%) ərazisindən edilib. Adətən Çin saytları siyasi və dini motivlərə görə hücuma məruz qalıb. Qeyd edək ki, bu barədə məlumat Amerika “McAfee” firması Çini çoxsaylı haker hücumlarında ittiham edəndən dərhal sonra çıxıb.


infox.ru




11/08/11    Çap et