Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” yenə ittiham edir


Məlum olub ki, “Apple” şirkəti “iPad” planşet kompyuteri dizaynının kopyalanmasında yalnız “Samsung” şirkətini ittiham etmir. Məlumat üçün qeyd edək ki, bu həftə Düsseldorf (Almaniya) məhkəməsi “Samsung Galaxy Tab 10.1” planşet kompyuterinin Avropada satışlarına və marketinqinə müvəqqəti qadağa qoyub. Qərar Hollandiya istisna olmaqla, bütün Avropa ərazisinə aid edilib.
Təhqiqat gedişində iş üzrə olan sənədlərdən aydın olur ki, “Apple” şirkəti portativ qurğu dizayn elementlərinin kopyalanmasında “Motorola” şirkətini də ittiham edir. Stiv Cobs imperiyasının fikrincə, “Xoom” planşeti görünüşcə “iPad”a çox oxşardır. Ehtimal edilir ki, “Apple” şirkəti “Xoom” planşetlərinin də Avropada satışlarına qadağa qoyulmasına çalışacaq.


hard.compulenta.ru




11/08/11    Çap et