Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” serial və teleşoular barədə informasiyanı axtarışa inteqrasiya edib



“Google” internet-axtarış sisteminin istifadəçiləri teleproqram, serial və şoular haqqında informasiyanı bilavasitə resursun əsas səhifəsində almaq imkanı əldə ediblər.   

Belə ki, istifadəçilər serialın adı üzrə axtarış verərək ekranın sağ tərəfində filmin qısa təsvirinin yer aldığı xüsusi bölməni, eləcə də serialın bütün seriyalarının efirə çıxma vaxtının siyahısını görə biləcəklər. Seriyanın adı üzərinə düyməni basaraq bu epizod üçün oxşar nəticələri görmək və baş verən hadisələrin qısa nəqlini oxumaq mümkün olacaq.   

Şirkət nümayəndələrinin sözlərinə görə, televiziya proqramları üzrə axtarışdan hələlik yalnız “Google”un ingilisdilli versiyasının istifadəçiləri yararlana bilər, - “Lenta www.lenta.ru” yazır.
 




10/10/13    Çap et