Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Disney Research” ekranda olan obyektlərin hiss edilməsi üçün yeni bir texnologiya yaradıb


Hal-hazırda sensor ekranlar bir çox müxtəlif cihazlarda istifadə olunur. Onları gün-gündən daha da inkişaf etdirərək insanların texnologiyadan maksimum yararlanmasını təmin edirlər. “Disney Research” də bu sahədə öz addımlarını atıb.

“3D” ölçülü xovlama və dərinliyi ölçmə bacarığına malik bir cihazla onlayn aləmə ötürülən obyektləri xüsusi alqoritm ilə düz ekran üzərində istifadəçiyə hiss etdirə bilən sistem bu hissiyyatı barmaqla ekran arasında meydana gələn elektrostatik enerjinin gərginlik dəyişməsi ilə təmin edir.

Məsələn, əgər hər hansı bir obyektin ortasında aşağıya doğru əyilmə varsa, sistem bunu insanın barmağının ekranda durma formasına əsasən ölçür və istifadəçinin barmağına az və ya çox gərginlik tətbiq edərək həmin əyilməni hiss etdirir.

Kamal Hacıyev




11/10/13    Çap et