Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliya vətəndaşları daha təhlükəsiz elektron poçtdan istifadə edəcək


Braziliya hökuməti təhlükəsiz elektron poçtun hazırlanmasına başlayıb. Nəticədə rəsmi yazışmalar Amerikanın xüsusi xidmət orqanlarından gizlədilmiş olacaq. “Agence France-Presse” agentliyinin məlumatına görə, bu barədə oktyabrın 13-də ölkə prezidenti Dilma Russef deyib.

Prezidentin sözlərinə görə, təhlükəsiz poçtun hazırlanması məxfilik və rəsmi yazışmaların toxunulmazlığı istiqamətində atılmış ilk addım olacaq.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Amerikanın Milli Təhlükəsizlik Agentliyi tərəfindən vətəndaşların elektron yazışmalarının izlənilməsi barədə xəbər yayıldıqdan sonra Braziliya hakimiyyəti elektron təhlükəsizliyin gücləndirilməsi istiqamətində addımlar atmağa başlayıb. Məsələn, Russeff BMT-ni onlayn məkanda insan hüquqlarının müdafiəsi imkanını yaradacaq internetin tənzimlənməsi sistemini hazırlamağa səsləyib. Bundan başqa, Braziliyada istifadəçilərin fərdi məlumatlarının ölkə daxilində yerləşdirilmiş serverlərdə saxlanılmasını nəzərdə tutan qanun layihəsinin  hazırlanmasına başlanılıb.

Emil Hüseynov
 




14/10/13    Çap et