Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” “Google” və “Apple”-ın əməliyyat sistemlərini pisləyib


Proqramlardan istifadəyə hesablanmış “Android” və “iOS” mobil platformaları köhnəliblər. Belə fikri “VentureBeat”ə müsahibəsində “Nokia”nın Şimali Amerika bölməsinin rəhbəri Kris Veber ifadə edib. Onun sözlərinə görə, “Google” və “Apple”-ın əməliyyat sistemləri telefonun ən sadə funksiyalarına girişi belə çətinləşdirirlər.
Kris Veber “Facebook” və ya “Twitter”ə şərhin göndərilməsini nümunə kimi göstərib. Bunun üçün “Android” smartfon və ya “iPhone” sahibləri əlavə proqram açmalıdırlar. “Windows Phone 7” əməliyyat sistemləri ilə olan “Nokia” aparatları isə üstünlüyü proqramlara deyil, əlaqələrə verəcək. Sosial şəbəkə səhifəsində şərh yazmaq üçün telefon kitabını açmaq, mesajı yazmaq və onun abunəçiyə göndərilmə üsulunu seçmək kifayətdir.




11/08/11    Çap et