Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şəkinin telekommunikasiya şəbəkəsi müasirləşdirilir


Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq regionlarda informasiya və kommunikasiya texnologiyalarının daha da inkişaf etdirilməsi üçün geniş tədbirlər həyata keçirilir. Digər regionlarda olduğu kimi, Şəkidə də bu sahədə böyük uğurlar əldə olunub.

  Belə ki, "Aztelekom" İB Şəki Telekommunikasiya Qovşağı (TKQ) tərəfindən 2013-cü ilin III rübünün tarif gəliri planına artıqlaması ilə əməl olunub. İqtisadi və texniki göstəricilərin hamısı yerinə yetirilib. Həyata keçirilən tədbirlər haqqında "Rabitə dünyası" qəzetinə açıqlama verən Şəki TKQ-nin rəisi Məhəmməd Əhmədov bildirib ki, qovşaq üzrə montaj tutumu 25737 nömrə, istifadə tutumu isə 25473 nömrədir. Onun sözlərinə görə, şəhər və kənd telefon şəbəkəsində xətlərin normada saxlanılması üçün müntəzəm olaraq işlər aparılıb. Bina və qurğuların, eləcə də rabitə vasitələrinin mühafizəsi üçün tədbirlər həyata keçirilib. Şəhər EATS-də təhlükəsizlik tam təmin olunub.

    Rəisin sözlərinə görə, avadanlıqlarda və xətt qurğularında zədələnmələr baş verdiyi halda təcili olaraq zədələnmələrin aradan qaldırılması təmin edilir. EATS-lərdə olan kompressor siqnal qurğuları normal işləyir. Magistral kabellər hava təzyiqini normaya uyğun saxlayır.
Daxil olmuş müraciətlər araşdırılır və tədbirlər görülür. Vətəndaşlardan Qovşağa və RİTN-in və "Aztelekom" İB-nin "qaynar xətt"inə olunan müraciətlər analiz olunur.  Müraciətlərin yaranma səbəbləri araşdırılır, təcili tədbirlər görülür, müraciətlərin təkrar olmaması üçün əlaqədar işçilərlə söhbətlər aparılır.  
    M.Əhmədov bildirib ki, rüb ərzində rayon ərazisində Tanqıt Başı adlanan ərazidə telefonlaşma işləri aparılıb. Bu məqsədlə A.Göynük kənd EATS-nin tutumu 24 № artırılıb. A.Göynük ilə Tanqıt Başı ərazisində radan avadanlığı quraşdırılıb. Eləcə də Baş Layski kənd EATS-nin tutumu daha 8 № artırılaraq Şin kəndində 1 nəfər şəhid ailəsinə telefon çəkilib.
     Kiçik Dəhnə kəndində daha 181 nəfərin evinə telefon çəkilib, 512№ tutumun tam istifadəyə verilməsi yekunlaşmaq ərəfəsindədir. Rayon ərazisində olan 3 (üç) dairə seçki komissiyasına optik kabel çəkilərək  29 seçki məntəqəsində veb-kameralar qoyularaq seçki məntəqələrinin telefonlaşdırılması təmin edilib.
     Rayon ərazisində genişzolaqlı rabitə xidmətinə olan ehtiyacın ödənilməsi üçün müntəzəm işlər aparılır. Cumaykənd, Aydınbulaq, Aşağı Küngüt kəndlərində DSLAM avadanlığı  qoyulub, Şəkikənd və Cəfərabad kəndlərindəki  DSLAM avadanlıqlarının tutumları artırılıb.
      Ümumilikdə qovşaqda 5 ədəd özəl və "Aztelekom.net" internet provayderi fəaliyyət göstərir. "Aztelekom.net" provayderinin montaj tutumu 2648 portdur. Onlardan 2585 portu abunəçilərin istifadəsindədir. Montaj olunmuş portların 97.6 %-i istifadəyə verilib. Ötən üç ay ərzində 217 port artımı olub. Özəl provayderlər ilə birlikdə genişzolaqlı rabitə avadanlıqlarına qoşulan abunəçilərin ümumi sayı 5227  nəfərdir. İyul ayında bu rəqəm 4832 olub. Üç ay ərzində 395 port artımı olub. Hal-hazırda 3 şəhər  və 19 kənd EATS-də DSLAM avadanlığı istismardadır.
    
      Respublikanın prezidenti tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə əlaqədar rabitə sisteminin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması üçün genişmiqyaslı layihə üzərində iş gedir. 4 kənddə EATS üçün bina tikilməsi nəzərdə tutulmuş, EATS olmayan bütün yaşayış məntəqələrində müvafiq EATS avadanlıqları qoyulması planlaşdırılıb. Şəhər ərazisində 2 km-dən uzaqda yerləşən paylayıcı şkafların magistral şəbəkəsinin optik kabellərlə şəhər EATS-ləri rekonstruksiya olunaraq, imkanlığı olan avadanlıqlarla əvəz olunması nəzərdə tutulub.  Məsələ ilə əlaqədar genişmiqyaslı təkliflər hazırlanaraq ilkin mərhələ olaraq görüləcək işlərin həcmi müəyyənləşdirilərək hazırlanan sənədlər "Aztelekom"İB-yə təqdim olunub.
 
RƏVAN
 




19/10/13    Çap et