Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İkinci rübdə zərərli proqramların yaradılmasına görə yeni rekord qeydə alınıb


“Panda Software” antivirus şirkətinin hesabatına əsasən, bu ilin ikinci rübündə zərərli proqramların yaradılmasına görə yeni rekord qeydə alınıb. Yoluxmaların çox hissəsi əvvəlki kimi troyanların payına düşür. Bundan başqa, “Android” platforması üçün yaradılmış zərərli proqramların sayı artır.

“PandaLabs” laboratoriyasının hesabatına əsasən, troyanlar ən geniş yayılmış təhlükə növü olmağa davam edirlər: yeni yaradılmış zərərli proqramların 77.2%-i onların payına düşür. Bu halda zərərli proqramların yeni nümunələrinin sayı artmağa davam edir. 2013-cü ilin ikinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% daha çox zərərli proqram yaradılıb.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, troyanlardan (77,20%) sonra soxulcan (11,28%) və viruslar (10,29%) üstünlük təşkil edir.

Ölkələr üzrə məlumatlara gəlincə, Çin (52.36%) yenə də bu reytinqdə liderdir. İkinci yerdə Türkiyə (43,59%), üçdə isə Peru (42,14%) qərarlaşıb.

İsveç (21,03%), Norveç (21,14%) və Almaniya (25,18%) ən aşağı yoluxma səviyyəsinə malik ölkələrdir.

Emil Hüseynov




23/10/13    Çap et