Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ICANN” dörd yeni domen zonası haqda elan verib


"ICANN" internet korporasiyası dörd yeni domen zonasını təqdim edəcəyini elan edib.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni domenlərin yaxın bir neçə həftə ərzində yayılacağı gözlənilir.
"New TLDs" proqramı üzrə ərəbcə "veb" – شبك, Çin ieroqlifləri ilə "veb" - 游戏 və rusdilli "onlayn" və "sayt" domen zonalarının təqdim edilməsi gözlənilir.

"ICANN" bəyanatında gələcəkdə yeni əsas domenlərlə "yüzlərlə" yeni saytların fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, yeni domen zonalarının açılması ilə bağlı strateji qərar bir ildən çox müddət bundan əvvəl qəbul edilib.
Bu layihə bir çoxları tərəfindən internetin inkişafında yeni era kimi qiymətləndirilir, lakin çoxları bu qərarı texniki nöqteyi-nəzərdən tam düşünülmədiyinə, iqtisadi səmərəsizliyinə və ola biləcək sui-istifadələrə görə tənqid edirlər.

Aynur Vəliyeva
 




24/10/13    Çap et