Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron “Dərslik” portalı üçün nəzərdə tutulmuş materiallar müzakirə olunub


Elektron “Dərslik” portalı üçün nəzərdə tutulmuş materialların müzakirəsi keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “İngilis dili”, “Ədəbiyyat”, “Fransız dili”, “Alman dili”, oktyabrın 22-də “Fiziki tərbiyə”, oktyabrın 23-də isə “Fizika”, “Rus dili”, “Rus dili” (təlim Azərbaycan dilində olan məktəblər üçün) dərslik komplektlərinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılıb.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər elektron “Dərslik” portalında yerləşdiriləcək.

CAHANGİR




24/10/13    Çap et