Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xarici ölkələrdə keçirilən dövlət satınalmalarına dair məlumatların verilməsi xidməti elektronlaşdırılıb


Xarici ölkələrdə keçirilən dövlət satınalmalarına dair məlumatların verilməsi xidməti tam avtomatlaşdırılıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə,  Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən rəsmi saytında (tender.gov.az) təqdim olunan sözügedən elektron xidmət xarici ölkələrin dövlət satınalmaları barədə geniş məlumatların verilməsini təmin edir.

Bu məlumatlara xarici ölkələrdə mallar işlər və xidmətlərə olan tələbatlar, keçiriləcək dövlət satınalmaları barədə elanlar,  müsabiqələrdə iştirak şərtləri və s. daxildir.

Elektron xidmətdən istifadə etmək üçün heç bir sənədin təqdim edilməsi tələb olunmur.
İstifadəçiləri hüquqi və fiziki şəxslər olan informativ növlü e-xidmət ödənişsiz həyata keçirilir.

CAHANGİR




25/10/13    Çap et