Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mavericks” əməliyyat sistemi 24 saat ərzində hər 18-ci “Mac” kompüterinə quraşdırılıb


Oktyabrın 16-da çıxarılmış “Mac OS X Mavericks” əməliyyat sistemi (ƏS) “Mac” istifadəçiləri arasında xeyli populyardır. İlk sutkada təxminən hər 18-ci “Mac” kompüteri yeni əməliyyat sisteminə keçib. Xatırladaq ki, “Mavericks” ƏS-i istifadəçilərə ödənişsiz əlçatandır. Onu “Apple” kompüterlərinin bütün istifadəçiləri yükləyə və quraşdıra bilərlər.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Chitika” reklam şəbəkəsi operatorunun məlumatına görə, birinci sutkadan sonra başqa “Mac OS X” əməliyyat sistemləri arasında “Mavericks” ƏS-nin payı 5.5% təşkil edib. Bundan başqa bildirilib ki, “Mavericks”in artım tempi əvvəlki sistemlə müqayisədə 3,5 dəfə çoxdur.

Hesabat müəllifləri deyiblər ki, belə hal məntiqlidir, çünki “Mountain Lion” ƏS-i ödənişli olub və 20 dollara satılıb.

Emil Hüseynov




26/10/13    Çap et