Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sazz İnternet” Zaqatala şəhərində fəaliyyət göstərməyə başladı


 İndi şəhər sakinləri “Sazz 4G” xidməti sayəsində saniyədə 10 meqabitə qədər sürətlə telefon xətti olmadan birbaşa internetə qoşula biləcəklər.

“Sazz 4G” müştəri xidmətləri və satış mərkəzi şəhərin mərkəzi hissəsində, Heydər Əliyev prospekti, 16 ünvanında yerləşir. Cəmi bir neçə dəqiqə ərzində abunəçi müqaviləsini rəsmiləşdirib “Sazz İnternet” şəbəkəsinə qoşulmaq mümkün olacaq.  Ənənəvi olaraq hər yeni abunəçiyə 5 gün ərzində 200 meqabayt həcmində trafiklə “Sazz” şəbəkəsini sınaqdan keçirmək imkanı verilir. Həmin müddət ərzində xidmətdən narazı qalan abunəçilər ödənilmiş məbləği geriyə ala bilər.

“Sazz 4G İnternet”in mətbuat xidmətindən verilən məlumata görə, yaxın günlərdə provayderin əhatə dairəsinə  Qax şəhəri, yaxın aylar ərzində isə Şəki, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Lerik və Astara şəhərləri əlavə ediləcək. Qeyd edək ki, “rouminq” xüsusiyyətinə malik olan “Standart” tarifi ilə internetə qoşulan abunəçilər “Sazz 4G İnternet”in əhatə dairəsinin istənilən nöqtəsində, o cümlədən, yuxarıda sadalanmış şəhərlərdə də heç bir əlavə xərc çəkmədən xidmətdən faydalana biləcəklər.
 
Hazırda “Sazz 4G İnternet”in əhatə dairəsinə Bakı, Xırdalan, Abşeron yarımadasının əksər qəsəbələri, o cümlədən Novxanı, Mehdiabad,  Zabrat, Maştağa,  Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Pirşağı, Şüvəlan, Şimal DRES, Dübəndi,  Qala, Binə, Suraxanı, Yeni Suraxanı, Hövsan, Masazır, Lökbatan, Şağan, Zığ, Pirallahı adası,  həmçinin də Sumqayıt, Mingəçevir, Gəncə və Balakən şəhərləri daxildir.
 




26/10/13    Çap et