Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Roma Papasının “Twitter” oxucularının sayı 10 milyonu ötüb


Roma Papası Francisin "Twitter" mikrobloquna abunə olmuş insanların  sayı 10 milyonu ötüb. Bununla bağlı pontifik müraciət edib: "Hörmətli oxucular! Mən sizə ürəkdən təşəkkür edirəm və mənə dua etməyinizi xahiş edirəm".

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki,  "Twitter”də Papa səhifəsinə nəzarət edən Papa şurasının sosial kommunikasiyalar üzrə prezidenti monsenyor Klaudio Mariya Çellinin sözlərinə görə, 10 milyon yalnız abunəçilərin sayıdır, lakin əslində Francisin tvitlərini 60 milyondan çox insan oxuyur, belə ki, insanların əksəriyyəti onları retvit edirlər.

Emil Hüseynov
 




28/10/13    Çap et