Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Beynəlxalq konfransda ölkəmizin dövlət qulluğu sistemində elektron işə qəbul prosesi haqqında məlumat verilib


Rumıniyanın Braşov şəhərində təşkil edilmiş “Dövlət Qulluğunda İnnovasiya və Keyfiyyət” mövzusu üzrə beynəlxalq konfransın növbəti 6-cı iclası keçirilib.  Komissiyadan verilən məlumata görə, konfransda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin aparıcı məsləhətçisi Kamil Baxşəliyev, Rumıniya Respublikasının müxtəlif regionlarından olan nümayəndələr iştirak edib. Konfransın əsas məqsədi dövlət qulluğunda keyfiyyət və innovasiyanın artırılması üçün islahatların həyata keçirilməsi, bu sahədə müxtəlif region və ölkələrin təcrübələrini bölüşmək olub.

Konfransda dövlət qulluğu sahəsində informasiyanın rolu, vətəndaşlarla əlaqələrin elektron vasitələrlə həyata keçirilməsinin müsbət cəhətlərindən danışılıb. Bunlardan əlavə müxtəlif sosial problemlərin həlli yolları barədə çıxışlar olub.

Komissiyanın əməkdaşı Kamil Baxşəliyev Azərbaycanın dövlət qulluğu sistemində elektron işə qəbul prosesi haqqında çıxış edib, dövlət qulluğu sahəsində müzakirə edilən digər məsələlər üzrə ölkəmizin təcrübəsini konfrans iştirakçıları ilə bölüşüb, müzakirə və fikir mübadilələrində iştirak edib.

CAHANGİR




28/10/13    Çap et