Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb


“Nokia” şirkətinin 12 min mühəndisindən bəziləri iPhone və ya Android smartfonlarından istifadə edir. " Mən sizlərdən bəzilərinin iPhone-dan istifadə etdiyinə görə deyil, onun yalnız bəzilərinizdə olduğuna görə məyusam " – “Nokia” şirkətinin rəhbəri Stiven Elop belə deyib. O, fikrini əsaslandıraraq qeyd edib ki, şirkətin əməkdaşları necə rəqiblə rəqabət apardığnı bilməlidir.
Xatırladaq ki, Stiven Elopdan fərqli olaraq Microsoft-un icraçı direktoru Stiv Ballmer rəqiblərə o qədər də loyal deyil. Microsoft-un işçiləri qeyd ediblər ki, Stiv Ballmerin Apple smartfonuna münasibəti dözülməzdir. Belə ki, təqdimatlardan birində o, öz işçisindən iPhone-u alaraq onu döşəməyə qoyub və özünü onu tapdalayır kimi göstərib.




03/06/11    Çap et