Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı 540 milyona çatıb


“The Next Web” nəşri yazır ki, “Google+” sosial şəbəkəsinin aktiv istifadəçilərinin sayı ay ərzində 540 milyona qədər artıb. Bu barədə San-Fransisko şəhərində keçirilmiş mətbuat konfransında “Google” korporasiyasının vitse-prezidenti Vika Qundotra deyib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki,  korporasiyanın top-menecerinin sözlərinə görə, “Google+” sosial şəbəkəsinə həftəlik 1,5 milyard fotoşəkil yüklənir.

Nəşr yazır ki, “Google” sosial şəbəkəsinin istifadəçi bazası sayına görə əvvəlki kimi “Facebook” şəbəkəsinə uduzur. Qeyd edək ki, sonuncunun auditoriyası 1.15 milyard istifadəçi təşkil edir. Lakin “Google+” şəbəkəsi istifadəçi sayına görə “Twitter” mikrobloqlar xidmətini üstələyib.

Emil Hüseynov




30/10/13    Çap et