Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyənin İKT şirkətləri Gəncədə toplaşacaq


Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, sözügedən forum Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində noyabrın 4-də baş tutacaq.
 
 İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək biznes foruma kənd təsərrüfatı, qida sənayesi, ağır sənaye, tikinti, səhiyyə və İKT sektorlarından Türkiyənin 20-yə yaxın iş adamının qatılacağı gözlənilir.
 
 
Tədbirdə sözügedən sahələrdə əməkdaşlığı daha da artırmaq, birgə fəaliyyət, qarşılıqlı yardımlar və sairə bu kimi məsələlər də diqqət mərkəzində olacaq.
 
SEYMUR
 




31/10/13    Çap et