Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” sosial şəbəkəsində oyunlar istifadəyə verilir


“Google+” sosial şəbəkəsində oyunlar istifadəyə verilir. Bu barədə “Google” şirkəti öz bloqunda məlumat yerləşdirib. Oyunların birinci partiyasına 15 oyun, həmçinin “Bejeweled Blitz” bilməcəsi, sudoku, “Angry Birds”, “Dragon Age Legends” və poker daxildir. Məlumat üçün qeyd edək ki, o, “Facebook” sosial şəbəkəsi ilə sıx əməkdaşlıq edir. “Google” gələcəkdə oyun siyahısının genişlənəcəyinə söz verib. Hələ ki “Google+” auditoriyasının yalnız bir hissəsi oyunlara giriş əldə edib, ancaq “Google” bloqunda bildirib ki, tezliklə bütün istifadəçilərə oynamaq imkanı veriləcək. Qeyd edək ki, “Google+” artım sürətinə görə “Facebook”, “Twitter” və “MySpace”-i ötür.


lenta.ru




12/08/11    Çap et