Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” bir gün ərzində 2.2 milyard dollar ucuzlaşıb


“Blumberq” agentliyi yazır ki, Yaponiyanın istehlak elektronikası istehsalçısı “Sony” şirkətinin kapitallaşma dəyəri noyabrın 1-də keçirilmiş hərracda 2,2 milyard dollar ucuzlaşıb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, şirkətin kapitallaşma dəyərinin sürətli azalması onun direktoru Kadzuo Xirainin bəyanatı ilə bağlıdır. O, oktyabrın 31-də xalis mənfəət üzrə proqnozu 40% azaldıb. Növbəti gün hərracda “Sony” şirkətinin səhmlərinin qiyməti 11,1% ucuzlaşıb ki, bu da beş il ərzində ən kəskin azalma kimi tarixə düşüb.

Şirkət öz vəziyyətini 2013-cü ilin sonunda bazara yeni “Sony Xperia Z1” qabaqcıl smartfonu və “Playstation 4” oyun konsollarının çıxarılması ilə bərpa etməyi hesablayır.

“Sony” şirkəti xeyli növ istehlak elektronikası istehsal edir. “VAIO”, “Bravia” brendləri ona məxsusdur.

Emil Hüseynov




01/11/13    Çap et