Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tokioda robot texnikası sahəsində beynəlxalq sərgi keçirilir


Robot texnikası sahəsində ən yeni həllər Tokioda keçirilən "IREX 2013"  beynəlxalq sərgisində təqdim edilib. Eksponatlar arasında robot-bələdçi, dırnaqları rəngləyə bilən robot və uzanmış xəstələrin yerlərinin dəyişdirilməsində tibb işçilərinə kömək edən ekzoskelet kimi yeniliklər olub.

"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "ASM-R5H" modulyar robot-ilanın yeni versiyası maraqlı ixtiralardan biridir. Onun uzunluğu 1.5 metrdən çoxdur. Robot-ilan həm suda, həm də quruda asanlıqla hərəkət edir. O, axtarış əməliyyatları üçün nəzərdə tutulub.

Emil Hüseynov
 




08/11/13    Çap et